RU

Həyat yoldaşının başını keçəl edən şəxs saxlanıldı - FOTO

Sosial şəbəkələrdə kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə qadının saçlarının keçəl edildiyi və təhqir olunduğu kadrlar yer alıb. Avtosfer.az xəbər verir ki, həmin görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, oktyabrın 28-də qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir".

Həyat

Избранный
22
10
avtosfer.az

10Источники