RU

Vyetnamda tarixi şəhərlər su altında qaldı - FOTO

Vyetnamda bir gündə rekord miqdarda yağıntı qeydə alınıb.

“Ölkə.az” xəbər verir ki, şiddətli yağışlar Vyetnamın mərkəzi hissəsində daşqınlara səbəb olub.

Belə ki, çaylar daşaraq evləri, əkin sahələrini və tarixi Hue və Hoi An şəhərləri də daxil olmaqla turizm sahələrini basıb.

Ölkənin meteorologiya departamentinin məlumatına görə, oktyabrın 27-də axşam saatlarında YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Hue şəhərinə yağıntının miqdarı 24 saat ərzində 1085 mm-ə çatıb.

Bu, Vyetnamda indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.(qafqazinfo)



Избранный
25
3
olke.az

4Источники