ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, ölkə milli təhlükəsizliyi təmin etmək üçün zəruri hallarda Kalininqrada tranziti bağlamaq hüququnu özündə saxlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “LRT” məlumat yayıb.
Budris vurğulayıb ki, Litva təhlükəsizliyi təmin etmək üçün zəruri hallarda tranziti bağlamaq hüququnu özümüzdə saxlayır. Əlbəttə ki, bu, AB qurumları və üzv dövlətlərlə əlaqələndirilərək həyata keçiriləcək.
Diplomat qeyd edib ki, Rusiyanın qaçaqmalçılıq hadisəsi ilə bağlı iştirakı təsdiqlənsə, tranziti bağlamaq qərarı mümkünləşəcək.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.