RU

Moldovadakı Rusiya Evi bağlanır

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Moldovadakı Rusiya Evi bağlana bilər.Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Moldova parlamentinin üzvü, hakim Fəaliyyət və Həmrəylik Partiyasının sədri İqor Qrosu deyib. O bildirib ki, ölkə hakimiyyəti yeni hökumət formalaşdıqdan sonra Kişinyovdakı Rus Evinin bağlanması məsələsinə yenidən baxacaq."Prosedur başladı. Hamı seçki kampaniyası ilə məşğul idi. Avqustda heç kim işləmədi. Amma mən bildiyimə görə, prosedur başlayıb və biz parlament komissiyalar yaradacağıq, parlamentdə işçi qurumlar yaradacağıq və biz mütləq bu məsələyə qayıdacağıq. Əvvəlcə hökuməti formalaşdıracağıq, çünki hökumətin bu işdə rolu var", - deyə Qrosu deyib.Mehman Mehdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
newscenter.az

1Источники