Bu dəqiqələrdə İrəvanın “Zvartnots” hava limanında ciddi gərginlik müşahidə olunur. Hava limanının qarşısında onlarla polis əməkdaşı və yüzlərlə insan toplaşıb.
Musavat.com xəbər verir ki, məlumata görə, bu, Masis şəhərinin meri David Ambarçumyanın saxlanılması ilə bağlıdır. Onun olduğu təyyarə bir qədər əvvəl hava limanına enməli idi.
Erməni mənbələrinin bildirdiyinə görə, Ambarçumyan bir neçə gün öncə Nikol Paşinyanın tərəfdarlarına qarşı silah işlətmək və 2018-ci il inqilabı zamanı kütləvi iğtişaşları təşkil etmək ittihamı ilə qiyabi olaraq həbs edilib.
Bu gün onun Ermənistana gətiriləcəyi xəbəri yayıldıqdan sonra “Zvartnots” hava limanı ərazisinə çoxsaylı polis qüvvələri cəlb olunub. Ərazi tam nəzarətə götürülüb, media nümayəndələri və vətəndaşların yaxınlaşmasına məhdudiyyət qoyulub.
Müşahidəçilər bildirirlər ki, bu hadisə Paşinyan hökumətinin keçmiş məmurlara qarşı apardığı “siyasi təmizləmə” kampaniyasının növbəti mərhələsi kimi qiymətləndirilir.
Musavat.com