RU

BMCMİ-dən əməliyyat: dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxsləri saxlanılıb

Bakı. Trend:

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi QidaTəhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA)dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanlarınmüalicəsində nəzərdə tutulan dərman preparatlarının saxtanümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirzamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı ZərbiZamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatdaistifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçüntexniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlananməhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb.

Onlara məxsus Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən sexəbaxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları vəsair sübutlar polis tərəfindən aşkarlanıb. Saxlanılan şəxslərdəngötürülən maddi sübutların ekspertizası zamanı onların dabaqxəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktlabağlı araşdırmalar davam etdirilir.

Sonda fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbiprofilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərmanvasitələrindən istifadə etməyi tövsiyə edirik.

Избранный
62
45
az.trend.az

10Источники