RU

Qanunsuz yolla 1 300 karata yaxın qiymətli daşların gətirilməsinin qarşısı alındı


Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 1 295 karatdan çox qiymətli daşlar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 
Bildirilib ki, komitə tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 9 ayı ərzində qanunvericiliyin tələblərini pozan şəxslərdən 220 qram qızıl külçə, 267 min 57 manat dəyəri olan 437 ədəd qızıl zinət əşyaları, 7 259,16 qram gümüş zinət əşyaları və gümüş əşyalar, 1 295,843 karat qiymətli daşlar aşkarlanıb.
Избранный
21
12
yeniavaz.com

10Источники