RU

Kənan “pul yağışı”na düşəcək 1 saatda 4,5 milyon...

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Kənan İmirzalıoğlu “Aile Bir İmtihandır” serialı ilə televiziyaya qayıtmağa hazırlaşır. Daha efirə getmədən aktyor heyəti və süjeti ilə diqqət çəkən ekran işi indi də baş rol ifaçılarının alacağı qonorarla müzakirələrə səbəb olub. İmirzalıoğlunun hər bölüm üçün alacağı qonorar Türkiyə televiziya tarixində bir ilk olacaq.

Metbuat.az xəbər verir ki, İmirzalıoğlu ATV-də yayımlanacaq “Aile Bir İmtihandır” serialında Doğan obrazını canlandıracaq. Afra Saraçoğlu ilə birgə rol alan aktyorun hər bölüm üçün 4,5 milyon türk lirəsi, (təxminən 191 min manat) qazanacağı bildirilir.

Məşhur aktyorun serialdan qazanacağı vəsaiti Türkiyənin daşınmaz əmlak bazarına yatıracağı gözlənilir.

Qeyd edək ki, İmirzalıoğlunun Türkiyənin Balat və Tarlabaşı bölgəsində minlərlə hektar torpaq sahəsinə və bir neçə mülkə sahib olduğu deyilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
metbuat.az

2Источники