RU

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti RəcəbTayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günümünasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsənöz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ənsəmimi və xoş arzularımı çatdırıram.

Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasətnəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir,böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olangüclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regiondacərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün,sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyüknüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğurunasevinir və bundan fərəhlənirik.

Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət,iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyəmünasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissidoğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinəyüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha dadərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin vəardıcıl birgə səylərimizin parlaq ifadəsidir.

Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı,birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə,təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühümamildir.

Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət BaşçılarıŞurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyəsəfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin TürkDünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzununartırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etməkistərdim.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanınsınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəliəməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha dagenişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizibundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş TürkiyəRespublikasına və xalqına daim
əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Избранный
71
49
az.trend.az

3Источники