Bakı. Trend:
İraq 2028-ci ildə təbii qaz üzrə daxili tələbatı tam təmin etməksəviyyəsinə çatmağı planlaşdırır.
Trend xəbər verirki, bu barədə İraq baş naziri Məhəmməd əs-Sudani bəyanat verib.
“Hökumət elektrik enerjisi və qazdan istifadə ilə bağlıməqsədlərə çatmaq, həmçinin yüksək oktanlı benzinin istehsalındatam təminatı gerçəkləşdirmək üçün konkret qrafik hazırlayıb”, -deyə əs-Sudani bildirib.
O vurğulayıb ki, hakimiyyət qaz istehsalında özünütəminatsəviyyəsinə çatmaq istiqamətində işləri davam etdirir.
“2028-ci il hökumət tərəfindən bu məqsədə çatmaq üçün müəyyənedilmiş müddət kimi təyin olunub”,- İraq Baş Naziri qeyd edib.