RU

Rusiya Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaq - Moldova prezidenti

Rusiya son seçkilərin nəticələrindən sonra regiondakı siyasi strategiyasını yenidən nəzərdən keçirir və Moldova, Ermənistan da daxil olmaqla, bir sıra ölkələrdə siyasi proseslərə müdaxiləni davam etdirəcək. Bunu Moldova Prezidenti Maia Sandu bəyan edib/ 

“Rusiya hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələri gözləmirdilər və indi öz planlarına yenidən baxmağa çalışırlar. Diqqətlərini seçkilərin keçiriləcəyi digər ölkələrə yönəldəcəklər. Məsələn, Ermənistanda gələn il seçkilər keçiriləcək və onlar hökuməti nəzarətə götürməyə çalışacaqlar,” – Sandu Rock FM radiostansiyasına müsahibəsində deyib.

Moldova Prezidenti vurğulayıb ki, Rusiyanın regiondakı təsir cəhdləri hələ də davam edir və ölkəsi bu proseslərə qarşı demokratik institutları və siyasi müstəqilliyini qorumaqda qərarlıdır.

Aytac 

Избранный
38
anews.az

1Источники