RU

“Azərişıq” nümayəndələri Zərdabda fermer və sahibkarlarla görüşdü

Azərişıq ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir.

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən tədbirlərdən biri Zərdabda baş tutub. Heydər Əliyev Mərkəzində reallaşan görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfi Ağayev iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Избранный
24
9
publika.az

10Источники