RU

Nigeriyada mikroavtobusla tanker toqquşdu: 12 nəfər öldü

Nigeriyada mikroavtobusla tanker toqquşdu: 12 nəfər öldü

Nigeriyanın Kano əyalətində mikroavtobusla tanker toqquşub. Dəhşətli qəzada 12 nəfərin həyatını itirdiyi bildirilib.

Kano Line mikroavtobus şirkətinin direktoru Alhaji Saidu Abdullahi Shuaibu yazılı açıqlamasında bildirib ki, Kano-Gombe magistral yolunun Vudil bölgəsində 16 nəfər daşıyan mikroavtobusla tanker toqquşub.

Shuaibu qəzada 12 nəfərin öldüyünü, çox sayda şəxsin yaralandığını qeyd edib.

Yaralıların xəstəxanaya yerləşdirildiyini bildirən Shuaibu onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Shuaibu yol inşaat sahələri də daxil olmaqla, magistral yollarda daha sərt təhlükəsizlik tədbirlərinin görülməsi çağırışı edib.

Избранный
66
afn.az

1Источники