RU

Türkiyəli aktrisa Azərbaycan əsilli məşhur aktyoru ifşa etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2023-cü il avqustun 11-də Dövlət Teatrlarının Baş direktoru vəzifəsinə təyin olunan aktyor Tamer Karadağlı, qurum daxilindəki davranışları və açıqlamaları ilə tez-tez mübahisələrdə adı çəkilir.  Son olaraq, 32 ildir Dövlət Teatrlarında çalışan Veda Yurtsever, quruma vida edərkən yazdığı məktubda hazırkı Karadağlı rəhbərliyini kəskin tənqid edib.

Globalinfo.az xəbər verir ki, həmin məktub “Tiyatro Dergisi”ndə dərc olub.

Yurtsever keçmiş baş direktor Engin Orbeyin təvazökar davranışını xatırladaraq, hazırkı rəhbərliyi bu sözlərlə tənqid edib:

“İndiki rəhbərlik sənətçilərin qaldığı oteli bəyənməyib, köməkçisi ilə birlikdə daha lüks oteldə yerə gedib. Səfərlərdə toplanan mil (uçuş) xalları ilə özlərinə xarici səfərlər üçün VIP təyyarə bileti hədiyyə etdiklərinə nə demək olar? Otelə bir gecəlik verilən pulla isə bir tamaşa qurmaq olardı!”

Aktrisanın məktubundakı ən diqqətçəkən hissələrdən biri “ortaq istehsal” adlanan layihələrin yalnız Karadağlı və onun müavininin tamaşalarına ayrıldığı iddiasıdır:

“Bu “ortaq istehsal” payı nədənsə yalnız Baş direktor və müavininin tamaşalarına düşüb! Qastrollara da həmişə Baş direktor müavininin tamaşası gedib. O tamaşaya xərclənən pulla ən azı üç tamaşa hazırlamaq olardı”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
globalinfo.az

1Источники