RU

Qaxariyanın partiyası boykota son qoydu: deputatları parlamentə gələcəklər

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“4 oktyabrdan sonra parlamentə girməmək və mövcud vasitələrdən istifadə etməmək tamamilə mənasız olardı”

Gürcüstanın sabiq Baş naziri Georgi Qaxariyanın rəhbəri olduğu maxalif "Qaxariya Gürcüstan naminə" Partiyası parlament seçkilərindən təxminən bir il sonra boykota son qoymaq və parlamentdəki yerlərini tutmaq qərarına gəlib.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, partiyanın üzvü Levan Qoqiçaişvilinin sözlərinə görə, Qaxariyanın partiyası parlament mandatının təmin etdiyi bütün siyasi vasitələrdən istifadə etmək üçün qanunverici orqana getmək qərarına gəlib.

Müxalifət partiyası 26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkilərindən təxminən bir il sonra boykotuna son qoymaq və parlamentdəki yerlərini tutmaq qərarı alıb. Seçkilərdən sonra keçmiş Baş nazirin partiyası qanunverici orqanda 12 yer qazanıb və eyni sayda üzvlə parlamentə daxil olacaq.

“4 oktyabrdan sonra parlamentə girməmək və mövcud vasitələrdən istifadə etməmək tamamilə mənasız olardı. Partiya bu qərarı verdi - biz parlament mandatının təmin etdiyi bütün siyasi vasitələrdən istifadə etmək üçün parlamentə daxil oluruq”, - deyə Qoqiçaişvili bildirib.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından olan deputat İrakli Zarkuanın sözlərinə görə, müxalifətin mandatlarından imtina etmək üçün heç bir səbəbi yox idi, çünki parlament seçkiləri pozuntular olmadan keçirilib və nəticələri ATƏT tərəfindən tanınıb.

Zarkua qeyd edib ki, “onlar heç olmasa, Sakrebuloda və ya parlamentdə tərəfdarlarının fikirlərini ifadə etmək şansı əldə edəcəklər. Heç olmasa, indi ağıllı davransınlar və xaricdən gələn əmrlərə və ya müflis siyasi təşkilatların təsirinə uymasınlar”.

Zarkua xatırladıb ki, hakimiyyət dəfələrlə rəqiblərini düşünülmüş şəkildə hərəkət etməyə və möhtəşəm bəyanatlar əvəzinə mahiyyətə diqqət yetirməyə çağırıb.

Partiya lideri Giorgi Qaxariyanın özü 2025-ci ilin iyun ayından bəri Almaniyadadır. Gürcüstan mediası əvvəllər onun ölkədə yaşayış icazəsi aldığını bildirib.

Qaxariya Gürcüstanı parlamentin Müvəqqəti İstintaq Komissiyasına gəlməkdən imtina edən müxalifət siyasətçilərin həbsləri fonunda tərk etdi. O komissiya qarşısında iki dəfə, ikinci dəfə isə iyulun əvvəlində, artıq xaricdə olarkən çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
ayna.az

1Источники