RU

Baş katib: Avropa Atıcılıq Konfederasiyasında təmsil olunmaq böyük məsuliyyətdir

Bakı, 28 oktyabr, AZƏRTAC

Atıcılıq Konfederasiyasının prezidium üzvü seçilməyim həm şəxsi fəaliyyətim, həm də Azərbaycan atıcılıq idmanının beynəlxalq aləmdə artan nüfuzu baxımından böyük məsuliyyət və böyük şərəfdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Son səkkiz il ərzində Avropa Atıcılıq Konfederasiyasının Texniki Komitəsinin üzvü kimi fəaliyyət göstərdiyini söyləyən baş katib əlavə edib: “Bu illər ərzində komitənin gördüyü işlər, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi mənə Avropa atıcılıq ailəsinin fəaliyyət mexanizmlərini yaxından öyrənmək imkanı yaratdı. Bu təcrübəyə əsaslanaraq, builki Baş Assambleyada Avropa Atıcılıq Konfederasiyasının Rəyasət Heyətinə üzvlük üçün namizədliyimi irəli sürdük. Sevindirici haldır ki, çoxsaylı Avropa ölkələrinin federasiyaları tərəfindən göstərilən etimad və dəstək nəticəsində Rəyasət Heyətinə seçildim. Prezidium üzvü kimi artıq konfederasiyanın əsas qərarverici orqanında təmsil olunacaq, atıcılıq idmanının inkişafına yönəlmiş mühüm qərarların qəbulunda daha fəal iştirak etmək imkanına malik olacağam. Hesab edirəm ki, bu, təkcə mənim üçün deyil, Azərbaycan atıcılıq idmanı üçün də yeni imkanların və beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından mühüm addımdır”.

Избранный
41
1
azertag.az

2Источники