RU

Xalq artisti: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə

"Bakuinfo" Ülvi Bahadırın Xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəsini təqdim edir. – Əslən şuşalısınız, ancaq Ağcabədi qeydiyyatdasınız. – Anam şuşalı, atam qəbələlidir. Müəllim olublar. Hər ikisi təyinatla Ağcabədiyə gedib. Elə orada tanış olub ailə qurublar. Sonra Bakıya gəliblər. Təyinat üçün qarşılarında iki seçim olub: Şuşa və Qəbələ. Şuşanı seçiblər. Mən aprelin 3-ü səhər saat 6-da Şuşada doğulmuşam. Deyirlər, qar dizdən imiş. Ata-anam Ağcabədidə işləyirdilər və qeydiyyat müddətləri bitməmişdi. Ona görə də atam mənim də, qardaşımın da doğum şəhadətnamələrimizi oradan almışdı. Bayrama düşsün deyə məni mayın 1-nə yazdırmışdı. Kim haradan bilərdi ki, aləm qarışacaq? Mən Ağcabədidə cəmi üç il yaşamışam. Sonra təyinatla Şuşaya köçdülər. Anama evini vermədilər, çünki orada erməni yaşayırdı. Bizə başqa ev verdilər. Məktəb həyatım da o evdə keçdi. Sonra da Bakıya gəldim. Aktivistlərin zədələdiyi tablo restavrasiya olunurŞahrux Xan milyarder oldu"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?– Uşaqlığınızın Şuşası necə idi? – Çox gözəl. Biz Şuşada dörd fəslin dördünü də doya-doya yaşayırdıq. Bakıda elə deyil. İnsanlar qəfildən qış paltarına keçir. Çox dəyişkəndir. Məktəbə beş yaşımda getmişəm. Məktəb formalarımız eyni idi. Qardaşımla bir partada otururdum. Dərnəklərə gedirdim. Rəqsi çox sevirdim. Ancaq aktyorluqla bağlı dərnək yox idi.

Избранный
52
bakuinfo.net

1Источники