BAKI, 28 oktyabr. TELEQRAF
“Ukrayna hakimiyyəti kişilərin əksəriyyətinin yoxa çıxdığı ölkəni miqrantlarla doldurmağı planlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
“Ölkənin kişi əhalisi müharibədə məhv edilib. Orada üçüncü dünya ölkələrindən gələn miqrantlar məskunlaşacaq və Ukrayna artıq mövcud olmayacaq”, - Karlson bildirib.
O iddia edib ki, buna nail olmaq üçün Ukrayna hakimiyyəti əcnəbilərə kənd təsərrüfatı torpaqları almağa icazə verən qanunu dəyişib. Karlson bu addımı “ölkəni məhv etmək planının bir hissəsi” adlandırıb.