RU

Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazaxıstan 2035-ci ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard ABŞ dollarından çox vəsait yönəltməyi planlaşdırır.

Avtosfer.az-ın Qazaxıstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Avrasiya İnkişaf Bankının "Avrasiya nəqliyyat karkası: Layihələr observatoriyası və interaktiv xəritə" hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkədə 42 layihə həyata keçirilir və ya keçirilməsi planlaşdırılır. Onlardan ən azı dördü transsərhəd xarakter daşıyır. Buraya Ayaqoz-Baktı dəmir yolunun və Qazaxıstan ilə Çin arasında üçüncü sərhəd-keçid məntəqəsinin tikintisi, Almatı – İssık-Kul (Qırğızıstan) ödənişli avtomagistralı, Janaozen-Kendirli - Türkmənistan sərhədi avtomagistralının, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun bir hissəsinin inşası; Darbaza-Maktaaral dəmir yolunun və Özbəkistanla yeni sərhəd-keçid məntəqəsinin tikintisi daxildir.

Avtomobil yolları sektorunun inkişafına 16,7 milyard dollar və ya ümumi həcmin 71,7 %-i investisiya yatırılması planlaşdırılır. Dəmir yolu sahəsinə - 4,2 milyard ABŞ dolları və ya 18 % sərmayə qoyulacaq. Daha 1,5 milyard ABŞ dolları Xəzərdə dəniz limanlarının və donanmanın inkişafına yönəldiləcək. Logistika mərkəzlərinin, sərhəd-keçid məntəqələrinin və hava limanlarının yük terminallarının inkişaf layihələri 0,9 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
avtosfer.az

2Источники