RU

Messi: Mən dünya çempionatında iştirak etmək istəyirəm

Dünya çempionu Argentina yığmasının və Amerikanın “İnter Mayami” komandasının 38 yaşlı hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak etmək istəyir.

“İtirak etsəm, yaxşı formada olmaq və dünya çempionatında komanda üçün vacib oyunçu olmaq istərdim”.

Dünya titulumu qorumaq əla olardı. Təbii ki, final turnirində iştirak etməyi çox istəyirəm.

Vətəninfo.az “NBC Sports”a istinadən xəbər verir ki, Messi “Gələn il “İnter Mayami” ilə mövsümöncəsi oyundan sonra iştirakımla bağlı qərar verəcəyəm. Milli komandada oynamaq həmişə gerçəkləşən arzudur”.

Messi “İnter Mayami” ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Dünya Kuboku 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Избранный
60
5
veteninfo.az

4Источники