RU

Cari ilin 9 ayında Naxçıvan büdcəsinin gəlirlərinin 63,1 faizi yerli yığımlar hesabına formalaşıb

Bakı. Trend:

2022-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsindədotasiyanın ümumi həcmi 425,0 milyon manat idisə, 2023-cü ildə buhəcm 315,0 milyon manat, 2024-cü ildə isə 185,2 milyon manatsəviyyəsində olub. Ümumilikdə, 2022–2024-cü illər dövründə NaxçıvanMuxtar Respublikasının büdcəsində dotasiyanın həcmi 239,9 milyonmanat və ya 56,4 faiz azalıb. Bu dinamika sadəcə riyazi-statistikgöstərici deyil, həm də regionun fiskal müstəqilliyinin artdığını,iqtisadi potensialının genişləndiyini və yerli gəlirlərin büdcəsistemindəki rolunun əhəmiyyətli dərəcədə gücləndiyini nümayişetdirir.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası MaliyyəNazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, dotasiyanın azalması ilə paralelolaraq, yerli maliyyə mənbələrinin səfərbərliyi, vergiinzibatçılığının təkmilləşdirilməsi və maliyyə idarəçiliyininsəmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçiriləntədbirlər öz real nəticələrini göstərməkdədir. Nəticə etibarilə,2022–2024-cü illər üzrə müşahidə edilən bu tendensiya NaxçıvanMuxtar Respublikasında büdcə sisteminin daha dayanıqlı, balanslı vəinstitusional baxımdan müstəqil əsaslar üzərində formalaşacağınadair güclü iqtisadi və idarəetmə əsasları yaradır.

“2025-ci ilin ilk doqquz ayı üzrə göstəricilər Naxçıvan MuxtarRespublikasının maliyyə müstəqilliyinin güclənməsi baxımındanxüsusilə diqqətəlayiqdir. Qeyd edilən dövrdə muxtar respublikabüdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində olub ki,bunun da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi yerliyığımlar hesabına formalaşıb. Dotasiyanın həcmi isə 120 milyonmanat və ya 36,9 faiz təşkil edib ki, bu da 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 minmanat və ya 29,5 faiz azalma deməkdir. Bu azalma tendensiyası,muxtar respublikanın büdcə gəlirlərinin tədricən daxili maliyyəmənbələri hesabına formalaşmağa başladığını göstərir. Yerli gəlirbazasının genişlənməsi, vergi və qeyri-vergi daxilolmalarınınartması, eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanınbüdcəsinin getdikcə daha çox öz resursları hesabına təminolunmasına imkan verir”-deyə Maliyyə Nazirliyindən bildirilib.

Məqalədə:
Избранный
16
5
az.trend.az

6Источники