ain.az, Mia.az portalına istinadən məlumat yayır.
Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynovla vida mərasimi keçirilib.
Mia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıtın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Lətif Qəribalı oğlu Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıtda anadan olub. 1992-ci il iyunun 28-də Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
L.Şahhüseynov Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək/Report.
Allah rəhmət eləsin!
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.