ain.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Gürcüstanın müxalif “Qaxariya Gürcüstan naminə” partiyasından deputat seçilmiş insanlar birillik fasilədən sonra boykot qərarından imtina edərək parlamentə daxil olublar.
AZƏRTAC xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Qaxariya Gürcüstan naminə” partiyasının deputatları bu gündən parlamentin işində iştirak edəcəklər.
Qeyd edək ki, 2024-cü il oktyabrın 26-da keçirilmiş 11-ci çağırış parlament seçkilərində “Qaxariya Gürcüstan naminə” partiyası 12 mandat əldə etmişdi. Lakin sonradan partiyanın üzvləri parlamenti boykot edərək, iclaslarda iştirak etməyiblər.
Bu gün birillik fasilədən sonra “Qaxariya Gürcüstan naminə” partiyasının deputatları ilk dəfə parlamentin iclasında iştirak edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.