RU

Estoniya “Hərbi Şengen” zonası yaratmağı təklif edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Avropa İttifaqında silahların bir ölkədən digərinə sürətlə ötürülməsinə imkan verəcək “Hərbi Şengen” zonası yaradılmalıdır.

AZƏRTAC xəbər verir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur bunu “El Paso” qəzetinə müsahibəsində deyib. “Bizə, məsələn, İspaniyadan Estoniyaya tez bir zamanda silah və ya sursat çatdırmaq üçün heç bir sənədləşməyə ehtiyac olmayan “Hərbi Şengen” zonası lazımdır”, - deyə o bildirib.

Nazir əlavə edib ki, “Avropa İttifaqı, həmçinin miqrasiya böhranı zamanı olduğu kimi, birgə maliyyələşdirmə və satınalma yolu ilə üzv dövlətlərə yardımın göstərilib-göstərilməməsi barədə kollektiv qərar qəbul edə bilər. O, həmçinin Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarükünün münaqişənin gedişini dəyişdirməyəcəyi qənaətində olduğunu vurğulayıb.

 

Избранный
14
azertag.az

1Источники