RU

Aİ nin jurnalistlər üçün enerji seminarı

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqının “EU4Energy” layihəsinin 2-ci mərhələsi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Avropa Enerji Tənzimləyiciləri Şurasının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilib.

Seminarda iştirakçılara ictimaiyyətin məlumatlandırılması və enerji siyasətlərində şəffaflığın artırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli və beynəlxalq ekspertlər enerji sektorunun üzləşdiyi əsas çətinliklər və onları aradan qaldırmaq üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.

Toplantının gedişində enerji tənzimlənməsinin ən vacib aspektləri, o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyən edilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi üzrə araşdırmalar ilə yanaşı, Avropa İttifaqının qabaqcıl təcrübələri nəzərdən keçirilib. Eyni zamanda, səmərəli kommunikasiyanın təmin olunması üçün enerji mütəxəssisləri, dövlət qurumları və media arasında sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
11
xalqqazeti.az

10Источники