RU

Elm və təhsil yenilikləri mediaya təqdim olundu

24-25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün "Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda iki günlük təlim təşkil olunub. 

Olaylar.az xəbər verir ki, təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.

Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.

Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.

Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
olaylar.az

1Источники