RU

Axşam yeməyinə görə arvadını öldürüb dərisini soydu DƏHŞƏTLİ QƏTL

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Sverdlovsk vilayətində bir kişi arvadını amansızlıqla qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Berezovski şəhərində baş verib. Saxlanılan şəxsin sözlərinə görə, arvadı onu axşam yeməyini hazırlamadığına görə qınayıb. Onların arasında mübahisə düşüb və sərxoş kişi qadını bir neçə dəfə bıçaqla vurub. Aldığı xəsarətlərdən qadın hadisə yerində ölüb.

Qətli törətdikdən sonra şübhəli şəxs cinayətin izlərini gizlətməyə cəhd edib. O, mərhumun cəsədinin dərisini soyub və sübutları məhv edib. Evdə istintaqçılar mərhumun yandırılmış mobil telefonunu və digər mühüm dəlilləri aşkar ediblər.

Cinayət işi açılıb, kişiyə ittiham irəli sürülüb. Yaxın vaxtlarda məhkəmə onun barəsində qətimkan tədbirini müəyyənləşdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
lent.az

1Источники