RU

Azərbaycan Belarusdan 80 ədəd xüsusi texnika alacaq

2025-ci ildə Azərbaycan Belarusdan 70 ədəd kommunal və 10 ədəd yanğınsöndürmə texnikasının alınması planlaşdırır. Bunu Baş nazirin müavini Samir Şərifov Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2028-ci ilədək MZ şassisi bazasında 400 ədəd texnikanın yığılması üzrə razılaşma əldə olunub.

Belarus biznesi Azərbaycanda 127-dən çox şirkət qeydiyyatdan keçirmiş, onlardan 86-sı aktiv fəaliyyət göstərir.

Aytac Zeynalova

 

Избранный
32
1
anews.az

2Источники