RU

Messi dünya çempionatı ilə bağlı qərarını açıqladı

BAKI, 28 oktyabr. TELEQRAF

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında Argentina millisinin heyətində çıxış etmək istədiyini bildirib.

Teleqraf “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı ulduz hücumçu DÇ-2026-da oynamaq istədiyini deyib.

“Düzünü desəm, dünya çempionatında iştirak etmək inanılmaz bir hissə olardı. Mən yaxşı formada olmaq və millidə mühüm rol oynamaq istəyirəm. 2026-cı ilin əvvəlində “İnter Mayami” ilə mövsümöncəsi hazırlıqlar başlayanda vəziyyəti qiymətləndirəcəyəm. Görəcəyəm ki, 100 faiz oynaya bilərəmmi, komandaya və milliyə faydalı ola bilərəmmi. Bundan sonra qərar verəcəyəm.

Əlbəttə, çox həyəcanlıyam, çünki söhbət dünya çempionatından gedir. Biz son turnirdə qalib gəlmişik və titulu qorumaq gözəl olardı. Millidə, xüsusilə də rəsmi turnirdə oynamaq hər bir futbolçunun arzusudur”, – deyə, Messi qeyd edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina millisi artıq final mərhələsinə vəsiqə qazanıb. YığmaQətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi olub.

Избранный
71
3
teleqraf.com

4Источники