Həmçinin sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi də yenilənib və funksionallığı daha da artırılıb. “İctimai nəqliyyat barədə rəqəmsal informasiyalar ayna.gov.az internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanmaqdadır. Hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Eyni zamanda, Bakı şəhərində müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələri yerləşdirir. Bu lövhələrdə dayanacağın yerləşdiyi ərazi, oradan keçən marşrutların istiqaməti nümayiş etdirir”, - deyə məlumatda qeyd olunub. (Mənbə AzərTac)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта