RU

AXC-nin buraxdığı ilk markalar beynəlxalq marka nömrələmə sistemində qeydiyyatdan keçirilib (FOTO)

Bakı. Trend:

2021-ci ildən başlayaraq ölkəmizdə buraxılan bütün markalarÜmumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafıAssosiasiyası (World Association for the Development of Philately –WADP) tərəfindən yaradılmış Nömrələmə Sistemi (The WADP NumberingSystem – WNS) vasitəsilə qeydiyyata alınır. Bu da AZCON Holdingşirkətlərindən olan “Azərpoçt” markalarının nüfuzunun daha daartmasına, beynəlxalq müsabiqə və sərgilərdə iştirak etməsinə imkanyaradır.

“Azərpoçt”dan Trend-ə verilən məlumata görə, “Azərpoçt” MMCAzərbaycanda marka sahəsini inkişaf etdirərək növbəti mühüm vətarixi bir missiyanı gerçəkləşdirib. Belə ki, Azərbaycan XalqCümhuriyyətinin (AXC) buraxdığı ilk poçt markalarını “WNS”vasitəsilə rəsmi qeydiyyatdan keçirib. Bu addım Azərbaycandövlətçilik və poçt tarixinin çox keçmişə söykəndiyini sübutetməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına dabirbaşa xidmət edir.

Qeyd edək ki, 1918-ci ildə AXC qurulduqdan bir il sonra, 1919-cuil 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları nazirliktərəfindən buraxılıb.

10 növdə buraxılmış markaların rəssamı Zeynal Əlizadə olub. O,hərəsindən bir neçə fərqli rəngdə olmaqla bütün markaları əsasən 4təsvir üzərində işləyib. Bu markaların əsas mövzusunu Azərbaycancəmiyyətinin iki daşıyıcı insan obrazı, eləcə də tarixi-memarlıqabidələri təşkil edir: belə ki, sözügedən markalarda əlindəAzərbaycan bayrağı və tüfəng tutan əsgər, əlində oraq tutaraqtarlada məhsul yığan kəndli, özündə Şirvanşahlar sarayı, Cüməməscidi, Qala divarlarını əks etdirən orta əsrlərə dair Bakışəhərinin panoramı və Azərbaycanın qədim tarixi-memarlıq abidəsiolan Atəşgah məbədi əks olunub.

“Azərpoçt”un bu bu addımı Azərbaycan dövlətçiliyi tarixinintəbliğatına xüsusi bir töhfə kimi dəyərləndirilə bilər.

Marka buraxılışı üzrə ÜPİ-nin qəbul etdiyi tələblər bu sahədəetibarlılıq və leqal statusun təmin olunmasında mühüm rol oynayır.Belə ki, poçt operatorları tərəfindən buraxılan markaların ÜPİ-nin“WNS” qeydiyyat sistemində yer alması onların beynəlxalq miqyasdarəsmi statusla tanınmasını təmin edir.

AXC-nin
AXC-nin
AXC-nin
AXC-nin
Избранный
12
12
az.trend.az

10Источники