ain.az bildirir, Oxu.az portalına istinadən.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları Almatı şəhərində 5 xarici vətəndaşın planlaşdırdığı terror aktının qarşısını alıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Qazaxıstan MTK-nın mətbuat xidməti məlumat yayıb.
"Milli Təhlükəsizlik Komitəsi tərəfindən 2025-ci ilin sentyabr ayında Almatıda beş xarici vətəndaşın planlaşdırdığı terror aktının qarşısı hazırlıq mərhələsində alınıb. Onların hamısı həbs edilib, istintaq aparılır", - deyə məlumatda bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.