RU

Qazaxıstan "Lukoil"in aktivlərini ala bilər

Qazaxıstan hökuməti ölkədəki layihələrdə iştirak edən Rusiyanın "Lukoil" şirkətinə Qərb sanksiyalarının təsirini öyrənir.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov jurnalistlərə bildiribş 

Onun sözlərinə görə, şirkətin aktivlərinin satın alınması ilə bağlı hələlik heç bir müzakirə aparılmayıb və qərar həftənin sonuna qədər verilə bilər.

"Hələlik belə bir müzakirə aparılmayıb. Sanksiyalar öyrənilir və onların şirkətlərə və iqtisadiyyata təsiri tam qiymətləndirilməlidir. Düşünürəm ki, yaxın günlərdə, bu həftənin sonuna qədər tezliklə qərar verəcəyik", - nazir qeyd edib. 

Ağarza Elçinoğlu

Избранный
44
50
unikal.az

10Источники