Bakı. Trend:
Qardaş Türkiyədə Balıkesirdə baş verən zəlzələnin Azərbaycanahər hansı təsiri yoxdu. Balıkesirdə bu ilin avqust ayında dazəlzələ olmuşdu. Həmin ərazi Türkiyənin seysmik baxımdan aktivbölgələrindən biridi.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika SeysmolojiXidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri VüsaləRafiqqızı məlumat verib.
O qeyd edib ki, bu saata qədər Azərbaycan ərazisində hər hansıml>3 dən zəlzələ qeydə alınmayıb:
"Qaldı ki, Azərbaycandakı vəziyyətə bildirmək istəyirəm ki,bizim ərazimiz də aktiv bölgədir. Vaxtaşırı bizim ərazilərimizdə dəmaqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Lakinzəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaqyaxud olmayacaq kimi hər hansı proqnoz verə bilməz. Bu saata qədərAzərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıbvə qardaş ölkədə baş verən zəlzələnin də bizim ərazimizə hər hansıtəsiri yoxdu".
"Bizim vətəndaşlarımız isə hansısa "ekspertlərin" verdiyi"proqnozlara" inanmasınlar. Adətən qardaş ölkədə və ya Azərbaycanayaxın hansısa ölkədə zəlzələ olanda "ekspertlər" sosial şəbəkələrdəAzərbaycanla bağlı hansısa "proqnozlar" verirlər. Bir daha deməkistəyirəm ki, bu proqnozların heç bir elmi əsası yoxdu. Çünkidünyada zəlzələnin dəqiq proqnozu yoxdur",- deyə şöbə müdiri əlavəedib.