RU

Baltik ölkələri gizli şəkildə Rusiyanın "kölgə donanması"nı yanacaqla təmin edir

Ukraynaya dəstək verməyə çalışan Baltik ölkələrinin hökumətləri fonunda, bu ölkələrdə fəaliyyət göstərən bəzi şirkətlər Rusiyanın neft biznesinə xidmət göstərir...

Poliqon xəbər verir ki, Litvanın ictimai yayımçısı LRT-nin məlumatına görə, Ukraynanın ən fəal tərəfdarları və Rusiyanın açıq tənqidçiləri olan Baltik ölkələri gizli şəkildə Rusiyanın sanksiyaya məruz qalmış neftini daşıyan "kölgə donanması"na yardım edir və bununla da Moskvanın hərbi təcavüzünü maliyyələşdirirlər.

Jurnalistlər Litva, Latviya və Estoniyada fəaliyyət göstərən və dənizdə gəmilərin yanacaqla təminatı üzrə ixtisaslaşan "Fast Bunkering" şirkətlər şəbəkəsinin fəaliyyətini araşdırıblar.

Araşdırmaya əsasən, 2024-cü ilin iyunundan 2025-ci ilin martınadək şirkətə məxsus "Rina" və "Zircone" adlı iki yanacaq tankeri Baltik dənizinin müxtəlif nöqtələrində ümumilikdə 286 yanacaq doldurma əməliyyatı həyata keçirib. Bu əməliyyatların azı 159-u Rusiyanın limanlarına yanacaq doldurmadan əvvəl və ya sonra daxil olan tankerlərlə bağlı olub.

Kiyev İqtisadiyyat Məktəbinin analitiki Anatoliy Kravtsev jurnalistlərə bildirib ki, bu dövrdə yanacaqla təmin edilən gəmilərdən ən azı 20-si açıq şəkildə Rusiyanın "kölgə donanması"na” aid olub.

"Xüsusilə bu gəmilərin heç biri Beynəlxalq P&I Klub Qrupuna üzv olan şirkətlər tərəfindən sığortalanmamışdı və onların sahibləri ilə idarəedici şirkətləri neft qiymətlərinə məhdudiyyət koalisiyasına daxil olmayan yurisdiksiyalarda qeydiyyatdan keçmişdi", deyə Kravtsev qeyd edib.

Rəsmi olaraq, yanacaq doldurulan tankerlər həmin vaxt sanksiyalar altında olmasa da, onların bəziləri sonradan sanksiya siyahısına daxil edilib. Bundan əlavə, Rusiya nefti daşıyan tankerlərin yanacaqla təminatı üzrə ciddi qaydalar mövcuddur: bu gəmilər "kölgə donanması"na aid olmamalıdır, hətta sanksiya siyahısına düşməyən hissəsinə belə.

Ötən həftə Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul edib və "kölgə donanması"na aid 100-dən çox tanker bu siyahıya əlavə olunub. Beləliklə, Aİ-nin sanksiyaları altında hazırda təxminən 550 tanker var, halbuki Rusiyanın ümumilikdə 1000-dən çox belə tankeri ola bilər.

Avropa İttifaqı rəhbərliyi həmçinin Rusiyanın "kölgə donanması" ilə mübarizə aparmaq üçün yeni sanksiya mexanizmi – dəniz bəyannaməsi yaratmaq niyyətindədir. Bu sənəd vasitəsilə, həmin gəmilərin formal olaraq qeydiyyatda olduqları ölkələrlə əməkdaşlıq çərçivəsində tanker yoxlamalarının həyata keçirilməsi mümkün olacaq.

Poliqon.info

Избранный
39
poliqon.info

1Источники