RU

Ərdoğandan Türkiyədəki güclü zəlzələ ilə bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ ilə bağlı açıqlama yayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ərdoğan “X” sosial şəbəkəsində paylaşım edib.

Türkiyə lideri zəlzələdən zərərçəkən vətəndaşlara “keçmiş olsun” arzularını çatdırıb.

“AFAD başda olmaqla bütün aidiyyəti qurumlarımız bölgədə araşdırma və nəzarət işlərini diqqətlə aparırlar. Biz prosesi yaxından izləyirik. Allah ölkəmizi və millətimizi hər cür bəladan qorusun”, – deyə Ərdoğan qeyd edib.

Избранный
24
1
demokrat.az

2Источники