RU

Vaşinqtonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçirilib

ain.az, Gununsesi saytına istinadən bildirir.

2025-ci ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində sayca 2-ci səyyar konsulluq xidməti keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, səyyar konsulluq xidməti Vaşinqton Ştatı Azərbaycanlıları Assosiasiyasının dəstəyi ilə baş tutub.

Qeyd edək ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Nyu-york (1 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr), Çikaqo (İllinoys, 9 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
4
icma.az

5Источники