RU

ABŞ Macarıstana buna görə təzyiq göstərir

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ administrasiyası Macarıstana Rusiyadan neft asılılığını azaltmaq tələbi ilə təzyiq göstərir.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitakerin sözlərinə görə, Vaşinqton Budapeştin “başqa seçim yoxdur” arqumentini qəbul etmir və Macarıstana alternativ təchizatçılar tapmaqda yardım etməyə hazırdır.

Qeyd olunur ki, Macarıstan Avropa İttifaqı ölkələri arasında Rusiyanın neft və qazından demək olar, tam asılı olan yeganə dövlətdir.

“Reuters”in məlumatına əsasən, gələn həftə Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla görüşdə ölkəsi üçün sanksiya güzəştləri məsələsini qaldıracaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
4
olke.az

5Источники