RU

Bricit Makrona qarşı kiberzorakılıq ittihamı ilə 10 nəfər mühakimə olunur

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Fransanın paytaxtı Parisdə prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makrona qarşı kiberzorakılıq (onlayn təhqir və təqib) ittihamı ilə 10 nəfərin məhkəməsi başlayıb. Onlara qarşı sosial mediada “qərəzli və alçaldıcı” şərhlər paylaşmaq, eləcə də Bricit Makronun cinsiyyətinə dair saxta iddialar yaymaqda ittiham irəli sürülüb.

Almaniya xəbər agentliyinin məlumatına görə, iki gün davam edəcək məhkəmə prosesi Parisdə başlayıb. Bricit Makron məhkəmə iclasına şəxsən qatılmayıb.

Paris prokurorluğunun açıqlamasına əsasən, 8 kişi və 2 qadın “birinci xanımın cinsi kimliyi və oriyentasiyası barədə çoxsaylı təhqiramiz şərhlər yaymaqda”, həmçinin onunla həyat yoldaşı arasında yaş fərqini “uşaqlara meyil” kimi təqdim etməkdə ittiham olunur. İclasa 7 təqsirləndirilən şəxs şəxsən qatılıb, qalan 3 nəfəri isə onların vəkilləri təmsil edib.

İttiham olunan şəxslərin 41–60 yaş aralığında olduqları, sosial şəbəkələrdə fəal istifadəçilər sayıldıqları və paylaşımlarının on minlərlə baxış topladığı bildirilir.

Məhkəmə prosesi Fransa cəmiyyətində kiberzorakılıq və nifrət nitqinin sərhədləri barədə yeni müzakirələrə yol açıb.

Избранный
57
turkic.world

1Источники