RU

Zəlzələdə 3 bina və 1 mağaza uçub

Musavat.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı CNN Türk kanalına açıqlama verib.

Nazirin sözlərinə görə, hadisə nəticəsində 3 bina və 1 dükan dağılıb, lakin can itkisi qeydə alınmayıb: “Əvvəlki zəlzələdən sonra boşaldılan 3 bina və 1 dükan dağılıb. Zəlzələdən sonra hər hansı can itkisi yaşanmayıb. İndiyədək kəndlərimizdə də uçan bina yoxdur”. 

Yerlikaya qeyd edib ki, jandarma qüvvələri bütün kəndlərdə ilkin yoxlamanı tamamlayıb: “Kəndlərdə yıxılan yer yoxdur, yaşayışla bağlı mənfi vəziyyət müşahidə edilmir. İndiyə qədər aparılan araşdırmalara görə, can itkisi yoxdur”. 

Məlumata görə, Akhisar küçəsində iki 4 mərtəbəli bina, Cumhuriyyət meydanında isə iki mərtəbəli bina dağılıb. Cumhuriyyət meydanındakı binanın alt mərtəbəsində üç dükan yerləşib, yuxarı mərtəbələri isə anbar kimi istifadə olunub.

Akhisar küçəsindəki binaların isə 10 avqustda baş verən zəlzələdə zərər gördüyü üçün boşaldıldığı və söküntü qərarı gözlədiyi bildirilib.

Hazırda AFAD və təhlükəsizlik qüvvələri bölgədə qiymətləndirmə, təhlükəsizlik və yardım işlərini davam etdirirlər. 

 

Musavat.com

Избранный
66
7
musavat.com

10Источники