
Qəzet yazır ki,bu yaxınlarda rusiyalı qadın aviakosmik sahədə çalışan amerikalı mütəxəssislə münasibət qurub. Sonra ona ərə gedib və uşaqlar doğub. Paralel olaraq ərinin işi, kosmik və hərbi sferalardakı innovasiyalar haqqında müntəzəm şəkildə məlumatlar toplayıb. Həmin sahənin aparıcı şəxslərilə əlaqələr qurub.

Ekspertlərin sözlərinə görə, belə hallara qarşı mübarizə aparmaq çətindir. Çünki casus əməliyyatlarında peşəkar kəşfiyyatçılardan deyil, mülki insanlardan, o cümlədən, investorlardan, analitiklərdən, biznesmenlərdən, alimlərdən istifadə olunur.
Tariyel Həsənov
AzVision.az