Üç ildən artıqdır ki, həbsdə olan Qarabağ separatçısı, işğalçı komandanı, general-leytenant Mikael Arzumanyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Onun vəkili Yerem Sarkisyan sosial şəbəkədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin Arzumanyanı ev dustaqlığına buraxdığını açıqlayıb.
M.Arzumanyan 2020-ci ilin 44 günlük müharibəsi zamanı səhlənkarlıqda ittiham olunur.
Qeyd edək ki, 2022-ci ilin 30 avqustunda həbs olunsa da, sonradan sərbəst buraxılan cani Arzumanyan bir gündən sonra saxlanılmış və barəsində həbs qərarı çıxarılmışdı.
M.Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” kimi fəaliyyət göstərib və Azərbaycana qarşı cinayətlərə imza atıb.
Musavat.com