RU

ABŞ-a məxsus “Qiyamət gününün təyyarəsi” Manila Beynəlxalq Hava Limanına eniş edib

“Qiyamət gününün təyyarəsi” kimi tanınan Amerika E-4B təyyarəsi Filippindəki Manila Beynəlxalq Hava Limanına eniş edib.
“Inquirer” qəzetinin məlumatına görə, təyyarə bazar günü, 26 oktyabrda eniş edib. Təyyarə yanacaq doldurma və heyət istirahəti üçün gecə Manila Hava Limanında qalıb. E-4B-nin Filippinə gəlmə səbəbi açıqlanmayıb. Filippin Hərbi Hava Qüvvələri təyyarənin enişinin “VIP səfəri” ilə əlaqəli olmadığını bildirib.

Filippin hərbçiləri təyyarəni izləyir və ona texniki xidmət göstərir. Təyyarənin enişi ABŞ prezidenti Donald Trampın Asiya turu zamanı baş verib. E-4B-də nüvə müharibəsi baş verərsə, ABŞ-ın yüksək səviyyəli komandanlıq məntəqəsi yerləşir. Təyyarədən 11 sentyabr 2001-ci il terror hücumları zamanı ABŞ-ın 43-cü prezidenti Corc Buş da istifadə edib.
Daha əvvəl ABŞ-ın dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan USS Ford (CVN-78)-i Aralıq dənizinə yerləşdirdiyi açıqlanmışdı.

//Samir Qurbanov, Editor.az

Избранный
53
editor.az

1Источники