RU

Sinner Paris Mastersdə ikinci turda Berqs ilə üz-üzə gələcək

Dördqat Böyük Dəbilqə çempionu və dünya reytinqində ikinci pillədə olan tennisçi Yannik Sinnerin Paris Masters turnirinin ikinci turundakı rəqibi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, italiyalı tennisçinin qarşılaşacağı oyunçu Belçikanın 41-ci yerdə qərarlaşan tennisçisi Zizu Berqs olacaq.

Turnirin birinci turunda Berqs ABŞ-dan olan Alek Mixelsonu (35-ci yer) 6:3, 2:6, 6:2 hesabı ilə məğlub edib.

Oyun 1 saat 52 dəqiqə davam edib.

Избранный
28
90deqiqe.az

1Источники