RU

“Quirassiyə dəstək olmalıyıq, belə hallar olur”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç hücumçusu Seru Quirassinin son dövrlərdə qol vura və məhsuldar ötürmə edə bilməməsinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:

“Əlbəttə, mən də görürəm ki, indi qol vurmur. Belə hallar futbolun təbiətində var. Amma o, komandamız üçün çox önəmlidir. Hər halda, bir mərhələdə kreativ fasiləsi olacaqdı”.

Qeyd edək ki, Quirassi bu mövsüm 11 rəsmi matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun son qol sevinci oktyabrın 1-də Çempionlar Liqasının “Atletik” (Bilbao) ilə oyunda qeydə alınıb (4:1).

Избранный
40
90deqiqe.az

1Источники