RU

“Aston Villa”da yeni müqavilə

“Aston Villa” müdafiəçisi Metti Keş ilə müqaviləni uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən  28 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandasında top qovacaq.

İngiltərədə bütün karyerasını keçirən polşalı oyunçu 2020-ci ilin sentyabrında “Nottingham Forest”dan “Aston Villa”ya keçib.

O vaxtdan bu yana futbolçu 193 rəsmi oyunda 12 qol vurub və 12 məhsuldar ötürmə edib. Maraqlıdır ki, Keş müqaviləsini uzatdığı gün Premyer Liqa matçında “Mançester Siti”yə qarşı komandasının yeganə qolunu vuraraq 1:0 hesablı qələbəyə imza atıb.

Избранный
29
90deqiqe.az

1Источники