RU

"Şəfa"nın baş məşqçisi kubokda da qələbəyə köklənib

1-ci Liqanın lideri "Şəfa" sabah Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində Şamaxıda "Cəbrayıl"la qarşılaşacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionat matçlarına olduğu kimi, kubok oyununa da ciddi hazırlaşırıq. "Cəbrayıl" komandasının son oyunlarında inkişaf hiss olunur. Çempionatda bu rəqib üzərində qazandığımız 3-0 hesablı qələbəyə baxmayaraq, onlara qarşı çətinlik çəkdiyimizi deyə bilərəm. Sabahkı oyunda məqsəd qələbə qazanaraq növbəti mərhələdə Premyer Liqa klubları ilə qarşılaşmaq, öz gücümüzü göstərməkdir".

Nihat

 

Избранный
19
1
fanat.az

2Источники