RU

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində və qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıməqsədilə paytaxtın 49 nömrəli şəhərdaxili və 515 nömrəlişəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 25 noyabr 2025-ci il, saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov - tel: 050-444-10-75, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 515 nömrəli(Xırdalan şəhəri - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobusmarşrutu üzrə 1 lotda dekabrın 16-da;

49 nömrəli ("28 May" m/st - 68 nömrəli məktəb) avtobus marşrutuüzrə 1 lotda dekabrın 19-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Избранный
62
25
az.trend.az

10Источники