RU

“Report” İnformasiya Agentliyi 11 yaşında!

Bu gün “Report” İnformasiya Agentliyi 11 yaşını qeyd edir.

Editor.az xəbər verir ki, Azərbaycanın media sferasında mühüm rol oynayan “Report” İnformasiya Agentliyi (İA) son 11 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.

2014-cü ildə fəaliyyətə başlayan və hazırda “Global Media Group” şirkətinin tərkibinə daxil olan “Report” İA qısa müddətdə böyük uğurlara imza atıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə işıqlandırır.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, artıq agentliyə nəinki yerli media, eləcə də xarici mediada da istinadlar edilir:

Report

“Son beş ildə “Report” İnformasiya Agentliyinin “Global Media Group” şirkətinin tərkibinə daxil olması geniş imkanlar yaratdı. Əvvəllər də ciddi xəbər istehsalçısı kimi Azərbaycan informasiya bazarında öz yerini tutan “Report” İnformasiya Agentliyi holdinqin daxilində yaradılan imkanlar ilə ölkə hüdudlarından kənara çıxa bilib. “Report”a artıq xarici mediada istinadlar kifayət qədər artıb. Ermənistan, Rusiya, Gürcüstan, Mərkəzi Asiya, Avropa dövlətlərinin mediasında istinadlarımız var. Hətta Pakistan, Yaxın Şərq, Fars körfəzi dövlətlərinin medialarında da bizə istinadlar edilir. Bu, onu göstərir ki, biz düz yoldayıq. Əsas məqsədimiz xarici bazara çıxıb, Azərbaycan haqqında məlumatları çatdırmaqdır”.

Həmkarlarımızı yubileyləri münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Избранный
36
2
editor.az

3Источники