RU

Katy Perry və Justin Trudeau münasibətlərini rəsmiləşdirdi - FOTO

Dünyaca məşhur müğənni Katy Perry ilə Kanadanın sabiq baş naziri Justin Trudeau münasibətlərini gizlətmir. 

Sherg.az xəbər verir ki, cütlük, Perrynin 41 yaşını qeyd etdiyi ad günü mərasimində əl-ələ görüntülənib.

Mətbuatın məlumatına görə, onların yaxınlığı ötən yay müğənninin “Lifetimes” turnesi çərçivəsində Monrealda birlikdə axşam yeməyi yeyərkən başlamış, daha sonra yaxtada çəkilən səmimi fotoları ictimaiyyətə sızmışdı.



Katy Perry bu ilin iyun ayında nişanlısı, aktyor Orlando Bloom ilə yollarını ayırmışdı. Justin Trudeau isə keçən il 18 illik evliliyini Sophie Grégoire Trudeau ilə qarşılıqlı razılıqla başa çatdırmışdı.

Избранный
58
1
sherg.az

2Источники